Endirim
BvlgariOmnia Indian Garnet
Qoxu Piramidası və Tərkib Notları
Naringi (Mandarin), Portağal, Zəfəran
Osmantus, Tuberoza
Ağac notları
Bvlgari Omnia Indian Garnet Haqqında
Kolleksiyanın bütün ətirləri kimi Omnia İndian Garnet ətrinin müəllifi parfümer Alberto Morillas-dır. Ətri yaradarkən parfümer Hindistanın Racastan əyalətindən və Bvlgari brendinin naringi rəngli, yarpaq formasında qranatdan hazırlanmış Capriccio a Portofino boyunbağından ilham almışdır. Bvlgari Omnia İndian Garnet ətrinin adı “Hind gözəli” olaraq tərcümə olunur . Bvlgari brendinin Omnia kolleksiyası müxtəlif qiymətli daşlara həsr olunub. Kolleksiya Omnia Crystalline (2005), Omnia Amethyste (2006), Omnia Green Jade (2009), Omnia Coral (2012), Omnia Indian Garnet (2014), Omnia Paraiba (2015) ətirlərindən ibarətdir. Omnia İndian Garnet oriental-çiçəkli ətirlər qrupuna daxildir. Tuberoz və osmantus notları ətrə yüngül şirinlik verir, hind ud ağacı isə ətrin qoxusunu daha şəhvətli edir. İran zəfəranı ətrin qoxusuna istilik, Siciliya naringisi isə təravət verir. Omnia İndian Garnet -in reklam siması litvalı model Edita Vilkeviciute olmuşdur.
| Brend | Bvlgari |
|---|---|
| Cins | Qadın |
| Konsentrasiya | Eau de Parfum (EDP) |
| Qoxu Qrupu | Gül |
| İstehsalçı Ölkə | 🇮🇹 İtaliya |
| Həcm Seçimləri | 30 ml, 50 ml, 100 ml |
| Artikul / SKU | ET-2218 |



